AZ

Çində həkimlər qulağı ayağa tikdilər, xəstə xilas oldu –FOTO

Çinli cərrahlar dünyada ilk dəfə olaraq xəstənin qulağını ayağına köçürərək xilas etdilər.

AzPost “South China Morning Post” nəşrinə istinadən bildirir ki, iş yerində baş verən qəza nəticəsində xəstənin baş dərisi, boynu və üzü cırılmış və çoxsaylı parçalara səpələnmiş, qulağı isə baş dərisi ilə birlikdə tamamilə kəsilib.

Cərrahlar standart üsullardan istifadə edərək baş dərisini bərpa etməyə çalışıblar. Lakin qəza nəticəsində baş dərisinə və damar şəbəkəsinə ciddi ziyan dəyməsi bunu mümkünsüz edib.

Nəticədə, Çinli cərrahlar xəstənin kəsilmiş qulağını ayağına köçürmək üçün dünyada ilk əməliyyatı həyata keçiriblər. Həkimlər daha sonra qulağı yenidən öz yerinə qoyublar.

AzPost.az

Seçilən
10
1
azpost.info

2Mənbələr