Afrika Millətlər Kubokunun təşkilatçıları Afrika Futbol Konfederasiyası ilə razılaşaraq, matçların başlanmasından təxminən 20 dəqiqə sonra tribunalar dolu olmadığı halda azarkeşlərin stadiona pulsuz buraxılmasına icazə alıblar.
Publika.az xəbər verir ki, bu barədə RFI məlumat yayıb.
Bu səbəbdən Kamerun və Qabon arasında keçirilən və 1:0 hesabı ilə başa çatan görüş demək olar ki, boş tribunalar qarşısında başlayıb. Lakin ilk hissə ərzində, yağışa baxmayaraq, stadionda tamaşaçı sayı xeyli artıb.
Daha sonra rəsmi iştirakçı sayı 45 mindən çox yer tutumuna malik arenada 35 200 azarkeş kimi açıqlanıb. Turnirin ilk günlərində bir çox matçlarda oxşar mənzərə müşahidə olunub.
Rabatda keçirilən Konqo Demokratik Respublikası ilə Benin arasındakı oyunda əvvəlcə iştirakçı sayı 6 703 olaraq elan edilsə də, sonradan bu rəqəm 13 073-ə yüksəldilib.