AZ

Kiyevdə Ukrayna kəşfiyyat əməkdaşına sui-qəsdin qarşısı alındı

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyevdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşına qarşı planlaşdırılan sui-qəsdin qarşısının alındığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, SBU-nun məlumatına görə, hadisə ilə əlaqədar Mərkəzi Asiya ölkələrindən birinin 28 yaşlı vətəndaşı saxlanılıb. Şübhəli paytaxtdakı ictimai iaşə obyektlərindən birində kəşfiyyat zabitinə atəş açmağa cəhd göstərərkən tutulub. Bildirilir ki, o, silahını çıxararaq hərbçini nişan alıb.

İstintaqın ilkin məlumatlarına əsasən, saxlanılan şəxs Rusiya xüsusi xidmət orqanları tərəfindən 50 min dollar pul və Avropada leqallaşma vədi ilə ələ alınıb.

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, şübhəli barəsində cinayət işi açılıb və onu əmlakının müsadirəsi ilə ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Araşdırma davam etdirilir.

Seçilən
135
50
nocomment.az

10Mənbələr