
“Dörd Avropa ölkəsi müharibə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır. Bunlar Fransa, Almaniya, Türkiyə və Böyük Britaniyadır”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
Onun sözlərinə görə, tərəfdaşlar Rusiyanı çəkindirməkdə iştirak etməli və sülhməramlı kontingentlər göndərməlidirlər. Ukrayna bu yükü yalnız öz çiyinlərində daşımayacaq.
Podolyak əlavə edib ki, Fransa, Türkiyə, Almaniya və Britaniya artıq qoşunların yerləşdirilməsi məsələsinə açıq şəkildə hə deyiblər. Digər ölkələr isə bunu düşünür.
Siyasətçi qeyd edib ki, Ukraynaya qoşun göndərməkdə, hər bir ölkənin öz marağı var:
“Məsələn, Türkiyə Rusiyanın Qara dənizdə təhlükəsizlik, iqtisadi və biznes problemləri yaratmasının qarşısını almaq istəyir”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az