AZ

NATO Baş katibi: Avropa müdafiə sahəsində ABŞ-la əməkdaşlıqdan imtina etməməlidir

NATO-nun Baş katibi Mark Rutte hesab edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının hazırkı siyasətinə baxmayaraq, Avropa İttifaqı müdafiə məsələlərində ABŞ-la əməkdaşlıqdan tamamilə imtina etməməlidir.


APA xəbər verir ki, b barədə “FAZ” nəşri məlumat yayıb.

Rutte bildirib ki, ABŞ Avropadan daha çox məsuliyyət götürməyi və müdafiəyə daha çox vəsait ayırmağı gözləyir. Onun sözlərinə görə, əsas məqsəd bütün bunları ABŞ-la birlikdə həyata keçirməkdir.

NATO Baş katibi vurğulayıb ki, ABŞ Alyansı tam şəkildə dəstəkləyir,“NATO-da qalır və Avropadakı mövcudluğunu davam etdirir.

“ABŞ-ın NATO-nu tam dəstəklədiyinə qətiyyən şübhəm yoxdur”, — o bildirib.

Rutte yayda Haaqada keçirilən NATO sammitində bütün müttəfiqlərin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyini xatırladıb.

“Bu, bu günə qədər prezident Trampın xarici siyasətdə ən böyük uğurlarından biridir”, — NATO Baş katibi qeyd edib.

Rutte həmçinin vurğulayıb ki, NATO təkcə ABŞ və Aİ ölkələrindən ibarət deyil. O, Böyük Britaniya, Norveç, Kanada və ABŞ kimi NATO üzvlərini misal çəkib.

“Avropa və NATO dedikdə, bu, Aİ-dən daha geniş anlayışdır”, — o bildirib.

Seçilən
19
1
apa.az

2Mənbələr