AZ

Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu

Azərbaycan millisinin sabiq üzvü İsmail Karakaş həbs olunub.

"Cebheinfo.az" xəbər verir ki, o, İstanbul Prokurorluğunun Türkiyə futbolunda qanunsuz mərclərlə bağlı əməliyyatlar çərçivəsində həbsinə order verdiyi 14 oyunçudan biridir.

26 yaşlı müdafiəçi Azərbaycanın U-17 və U-19 millilərinin üzvü olub. Karakaş U-19-un heyətində 3, U-17-də 11 oyunda meydana çıxıb. O, 2017-ci ildə Bakıda keçirilən U-17 Avropa çempionatında da iştirak edib.

Qeyd edək ki, Karakaş Türkiyənin 3-cü liqasında mübarizə aparan “Erciyes 38” klubunun futbolçusudur.

"Cebheinfo.az"

Seçilən
13
2
cebheinfo.az

3Mənbələr