Olaylar.az xəbər verir ki, Kiyev şəhərində keçirilən əməliyyat zamanı Mərkəzi Asiya ölkələrindən birinin 28 yaşlı vətəndaşı saxlanılıb. Şübhəli şəxs Ukraynanın Baş Kəşfiyyat İdarəsinin zabitini öldürməyə cəhd edərkən ələ keçirilib. Saxlanılma paytaxtdakı ictimai iaşə obyektlərindən birində baş verib - şübhəli silah çıxararaq hərbçiyə tuşladığı anda zərərsizləşdirilib.
Xidmətin məlumatına əsasən, saxlanılan şəxs Rusiya xüsusi xidmət orqanları tərəfindən 50 min dollar və Avropada leqallaşma vədi ilə ələ alınıb.
Faktla bağlı istintaq davam edir. Təqsiri sübuta yetirilərsə, şübhəli şəxsi əmlakının müsadirəsi ilə ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Rəsmi qurumlar əməliyyatın Ukraynada təhlükəsizliyə qarşı yönəlmiş ciddi təhdidin neytrallaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. (Musavat.com)