Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "Ford" markalı yük avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov