AZ

Yeni qaydalar hökumətə TƏQDİM EDİLDİ

"Cari ildə TKTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi ilə əlaqəli təklif layihəsi hazırlanıb və aidiyyəti qurumlarla  razılaşdırıldıqdan sonra təsdiq üçün NK-ya təqdim olunub".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün 2025-ci ilin yekununa dair  brifinqində deyib.

O qeyd edib ki, NK tərəfindən 2 dekabr 2025-ci il  tarixli, 363 nömrəli Qərarla təsdiq edilib:

"Bundan əlavə, “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”nın yenilənməsi, təkmilləşdirilməsi istiqamətində TKTA tərəfindən zəruri addımlar atılmış və müxtəlif maraqlı tərəflərlə keçirilmiş görüşlər əsasında layihə təkmilləşdirilmişdir.

Eyni zamanda, TKTA tərəfindən ilk dəfə olaraq “Orta ixtisas təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Orta ixtisas təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” hazırlanıb". 

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr