AZ

Azərbaycanda yeni qanun narazılıq yaratdı

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Milli Məclisdə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna dəyişik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

“Cebheinfo.az” xəbər verir ki, təklif edilən dəyişikliyə görə “Azbes” tikinti materiallarının mülki dövriyyədən çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, bu tərkibdə olan tikinti materiallarının xərçəng xəstəliyi yaratması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib.

Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev yeni qanunun qüvvəyə minmə müddətinə etiraz edib:

“Həm deyirik ki, bu materiallar xərçəng xəstəliyi yaradır, həm də qanunu qəbul edib qüvvəyə minməsi üçün 1 il 6 ay gözləyirik. Bu heç də başadüşülən hal deyil. Dövlət əksinə bunu tez tətbiq etməlidir və yerlərdə bir yoxlama aparıb bu materiallardan istifadə edən aztəminatlı ailələrə yardım göstərməlidir”.

Deputat Siyavuş Novruzov da oxşar məsələsi gündəmə gətirərək insanların sağlamlığı üçün qəbul edilən qanunun tətbiqi üçün 1 il 6 ay gözləməyə ehtiyac yoxdur.

Qeyd edək ki, qanuna edilən dəyişiklik 2027-ci ilin 1 iyulunda qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Vilayət Muxtar

“Cebheinfo.az

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr