AZ

Fazil Mustafa: "Elektron siqaret qadınlar üçün də təhlükədir"

Elektron siqaret artıq yalnız kişilər üçün deyil, həmçinin qadınlarımız və qız övladlarımız üçün də ciddi təhlükə yaradır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa söyləyib.

O, bildirib ki, bu tendensiyanın qarşısının alınması cəmiyyətin sağlamlığı üçün vacibdir və dövlət bu məsələdə vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət göstərir.

Deputat əlavə edib ki, qanunvericilikdəki dəyişikliklər elektron siqaret istifadəsinin yayılmasının qarşısını almağa və xüsusilə gənc nəslin nikotinlə bağlı risklərdən qorunmasına xidmət edəcək.

"Cebheinfo.az"

Seçilən
2
cebheinfo.az

1Mənbələr