AZ

Etibarnamə ilə alqı satqıda problemli vəziyyətlər çoxalır Ekspert

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Avtomobillərin etibarnamə ilə alqı-satqısı qısa müddətdə daha ucuz və rahat görünsə də, bu üsul uzunmüddətli perspektivdə ciddi hüquqi və maliyyə riskləri yaradır. Nağdsız və rəsmi alqı-satqı mexanizmi isə həm alıcı, həm də satıcı üçün daha təhlükəsiz və şəffafdır”.Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.O deyib ki, nağdsız ödəniş zamanı əməliyyat bank sistemi üzərindən aparıldığı üçün pulun mənbəyi və hərəkəti tam sənədləşdirilir:“Bu, sonradan yarana biləcək mübahisələrdə əsaslı sübut rolunu oynayır. Rəsmi addan-ada keçirmə zamanı avtomobilin bütün hüquq və öhdəlikləri yeni sahibin üzərinə keçir. Cərimələr, yol-nəqliyyat hadisələri, vergi və digər məsuliyyətlər əvvəlki sahibə deyil, birbaşa real istifadəçiyə aid olur. Etibarnamə ilə alqı-satqıda isə hüquqi mülkiyyət dəyişmədiyi üçün qəza və ya borc hallarında problemli vəziyyətlər yarana bilər. Bundan əlavə, etibarnamə istənilən vaxt ləğv edilə, avtomobil sahibinin vəfatı və ya borclanması halında nəqliyyat vasitəsi müsadirə oluna bilər ki, bu da alıcını ciddi risk qarşısında qoyur”.O bildirib ki, nağdsız alqı-satqı həm də bazarda şəffaflığı artırır, qeyri-rəsmi dövriyyəni azaldır:“Dövlət üçün vergi və qeydiyyat mexanizmlərinin düzgün işləməsinə şərait yaradır. Uzunmüddətli baxımdan bu sistem avtomobil bazarında etibarı artırır və vətəndaşları hüquqi problemlərdən qoruyur. Ona görə də insanlar qısa müddətli qənaət naminə etibarnaməyə üstünlük verməkdənsə, rəsmi və nağdsız alqı-satqı yolunu daha təhlükəsiz seçim hesab edirlər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr