AZ

Yaponiya sürətlə silahlanır: Böyük savaş təhlükəsi

Yaponiya Nazirlər Kabineti 2026-cı il üçün 9 trilyon yeni (təxminən 785 milyard ABŞ dolları) keçən rekord müdafiə büdcəsini təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabineti cümə günü 2026-cı maliyyə ili üçün rekord səviyyədə olan bu büdcəni təsdiqləyib.

Layihə sahil müdafiəsini, qanadlı raketləri və pilotsuz sistemləri gücləndirməklə yanaşı, uzaq məsafədən hədəf vurma imkanlarını genişləndirməyi nəzərdə tutur.

2026-cı ilin aprelində başlayacaq maliyyə ili üçün hazırlanan büdcə layihəsi, 2025-ci illə müqayisədə 9,4 % artımı əks etdirir.

Bu yanaşma, İkinci Dünya müharibəsindən sonra Yaponiyanın üzərinə qoyulan hərbi məhdudiyyətlərin sona çatdığını göstərir. Ada dövləti yenidən silahlanma yoluna qədəm qoyur.

Müdafiə planında 970 milyard yeni keçən vəsait uzaq məsafədən zərbə endirə bilən raketlərə ayrılıb. Bu çərçivədə, təxminən 1000 kilometr mənzilli, yerli istehsal olan təkmilləşdirilmiş “Type-12” sahildən-gəmiyə raketlərinin alınması üçün 177 milyard yen (təxminən 1 milyard dollar) ayrılıb.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr