AZ

İran dərman istehsalına başlayır: 30 növ xərçəngin müalicəsi üçün

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran 30 növ xərçəngin müalicəsi üçün radiofarmasevtik preparatların istehsalına başlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "İranlı Jurnalistin Gündəliyi" Telegram kanalının məlumat verib. 

"İranın Atom Enerjisi Təşkilatının rəhbəri ölkənin 30 növ xərçəngin müalicəsində təsirli olan iki növ radiofarmasevtik preparat hazırladığını və istehsal etdiyini açıqlayıb. Açıqlamaya görə, bu dərmanlar dünyanın ən yaxşı dərmanları arasındadır", - deyə kanal bildirir.

Həmçinin qeyd edilib ki, hazırda İranda 70-dən çox radiofarmasevtik preparat müntəzəm olaraq istehsal və istifadə olunur. Təxminən 20-si isə müxtəlif tədqiqat və inkişaf mərhələlərindədir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr