Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“ÜST ekspertlərinin A(H3N2) yəni “Honkonq qripi”nin sürətlə yayıldığı ilə bağlı xəbərdarlıqları fonunda Azərbaycanda da mövsümi qrip viruslarına yoluxma hallarının artması müşahidə olunur. Hazırda ölkədə kütləvi epidemiya səviyyəsində vəziyyət qeydə alınmasa da, payız–qış mövsümünə xas olaraq A(H3N2) də daxil olmaqla respirator viruslar aktiv dövriyyədədir”. Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva bildirib.O deyib ki, bu virus xüsusilə uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olan şəxslər üçün daha ağır keçə bilər.“A(H3N2) yüksək hərarət, əzələ və oynaq ağrıları, güclü halsızlıq, baş ağrısı və quru öskürəklə xarakterizə olunur və bəzi hallarda fəsadlara səbəb ola bilər. Azərbaycanda infeksionistlərin müşahidələrinə görə, xəstələrin əksəriyyəti həkimə gec müraciət etdiyindən ağırlaşma riski artır. Qripdən qorunmağın ən effektiv yolu mövsümi qrip peyvəndidir. Xüsusilə risk qrupunda olan şəxslərə peyvənd mütləq tövsiyə olunur. Bundan əlavə, qapalı və sıx məkanlarda tibbi maskadan istifadə, əllərin tez-tez yuyulması, xəstə insanlarla yaxın təmasdan qaçmaq və immun sistemini gücləndirən sağlam qidalanma vacibdir. Qrip əlamətləri yarandıqda isə özünümüalicədən çəkinmək və vaxtında həkimə müraciət etmək lazımdır. Unutmaq olmaz ki, qrip sadə soyuqdəymə deyil və xüsusilə A(H3N2) virusu nəzarətsiz qaldıqda ciddi fəsadlara yol aça bilər”. Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.