AZ

Tayland Kambocanın piyada əleyhinə minalardan istifadəsini pislədi- ÖZƏL

Tayland Xarici İşlər Nazirliyi Kamboca Silahlı Qüvvələrinin ölkələr arasındakı sərhəd münaqişəsi zamanı piyada əleyhinə minalardan istifadə etməsini pisləyib. Hadisə nəticəsində cümə axşamı Surin vilayətindəki qədim Ta Kvaı məbəd kompleksi yaxınlığında iki tayland hərbçisi PMN-2 tipli minaya düşüb.
Olaylar.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, Ta Kvaı məbədi Taylandın ərazisində yerləşir və artıq ölkə qüvvələri tərəfindən tam nəzarət altına alınıb. Hazırda təhlükəsizliyin təmin olunması üçün ərazi yoxlanılır və minaların təmizlənməsi əməliyyatları aparılır. Əməliyyatlar zamanı həmin ərazidə bir çox mina aşkarlanıb, eləcə də hərbçilərin hərəkət marşrutu boyunca əlavə dörd PMN-2 minası quraşdırıldığı müəyyən edilib.
Tayland Xarici İşlər Nazirliyi bildirib ki, Kambocanın piyada əleyhinə minalardan istifadəsi həm Taylandın suverenliyinin və ərazi bütövlüyünün pozulması, həm də Tayland və Kamboca arasında imzalanmış Birgə Bəyannamənin şərtlərinin pozulması deməkdir. Bununla yanaşı, belə hərəkətlər Kambocanın üzv olduğu Piyada Əleyhinə Minaların Qadağan Edilməsi Konvensiyasını (Ottava Konvensiyası) da pozur. Tayland Kambocanı dərhal bu qanunsuz hərəkətləri dayandırmağa və sərhəd boyu minaların təmizlənməsi ilə bağlı humanitar əməkdaşlığa qoşulmağa çağırıb. Nazirlik həmçinin Kambocanı sülh yoluna sadiqliyini nümayiş etdirməyə səsləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr