AZ

Nikol Paşinyan niyə Eçmiədzinə “hücum”dan imtina etdi? – ŞOK SƏBƏBLƏR

Ermənistanın baş naziri Nikol Paşinyan Eçmiədzinə planlaşdırılan “hücumdan” imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, artan siyasi və ictimai gərginlik fonunda Paşinyan əvvəlcədən Kotayk vilayətinin Qarni kəndindəki Müqəddəs Məryəm kilsəsində keçiriləcək ibadətdə iştirak etmək niyyətini açıqlayıb. Bu addım qarşıdurmanın səviyyəsini azaltmaq cəhdi kimi qiymətləndirilir.

“Qraparak” qeyd edir ki, baş nazirin güc strukturlarının müşayiəti ilə Eçmiədzinə səfər edəcəyi barədə xəbərlər yayıldıqdan sonra Armavir vilayəti rəhbərliyində narazılıq yaranıb. Bəzi yerli məmurlar belə bir addımın mümkün nəticələri ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
11
1
konkret.az

2Mənbələr