Bakı. Trend:
Bəzi vətəndaşlar vaxtilə aldadılaraq etibarsız sənədlərlə alitəhsilli olduqlarını zənn ediblər.
Trend xəbərverir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarəHeyətinin sədri Tural Əhmədov media üçün brifinqdə bildirib.
Onun sözlərinə görə, təkcə dünən bu istiqamətdə aldadılmış ikivətəndaşla görüş keçirilib:
"Ali təhsil seçimi olduqca vacib qərardır və bu zaman əsasdiqqət sənədə deyil, şəxsin bilik, bacarıq və səriştəsinəyönəlməlidir. İşəgötürənlər üçün diplomların yoxlanılması vəqiymətləndirilməsi üçün metodik mexanizmlər hazırlanıb və müvafiqsənədlərdə əksini tapıb. Məqsəd bu mövzuda cəmiyyətinmaarifləndirilməsi və vətəndaşların daha diqqətli davranmasınıtəmin etməkdir. Son dövrlər “MyGov” portalında kvalifikasiyanıngörünməməsi ilə bağlı müraciətlər çoxalıb. Vətəndaş diplomununsistemdə əks olunmadığını gördükdə şübhələnərək bizə müraciət edirvə araşdırma nəticəsində məlum olur ki, həmin şəxs saxta sənədləaldadılıb”, – deyə bildirilib.
Agentlik sədri qeyd edib ki, pozuntu halları aşkarlandıqda isəhüquqi-prosessual qaydada aidiyyəti üzrə müvafiq orqanlara müraciətedilir:
"Bu baxımdan həm vətəndaşların, həm də işəgötürənlərin dahaehtiyatlı davranması tövsiyə olunur".