AZ

Yeni İl gecəsi Bakıya qar yağacaq? - PROQNOZ

Yeni İl gecəsi Bakıya sonuncu dəfə qar 2015-ci ildə yağıb. 

Day.Az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında qar 2015-ci ildə dekabrın 31-də, 2016-ci ildə  isə yanvarın 1-2-də yağıb.

Növbəti illərdə isə Yeni İl gecəsi və səhəri gün qarlı hava müşahidə olunmayıb.

Bəs bu il Yeni il dekabrın 31-i və yanvarın 1-də Bakıda hava necə olacaq?

ABŞ-nın nüfuzlu hava proqnozu və meteoroloji məlumatlar saytı olan "AccuWeather"də qeyd edilib ki, dekabrın 31-də Bakıda hava yağmursuz keçəcək, 9 dərəcə isti olacaq.

2026-cı il yanvarın 1-də isə Bakıda yağış yağacaq, 9 dərəcə isti olacaq.

Proqnozdan belə aydın olur ki, bu il də Yeni İl gecəsi və səhəri gün Bakıya qar yağmayacaq.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
12
day.az

1Mənbələr