BAKI, 26 dekabr. TELEQRAF
834 xarici kvalifikasiyanın ölkə ərazisində tanınması ilə bağlı mənfi rəy verilib.
Teleqraf xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyininİdarə Heyətinin sədri Tural Əhmədov illik hesabata dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xarici kvalifikasiyaların tanınmamasının əsas səbəbləri tədris yükünün təhsil alınan ölkədə tələb olunan normativdən az olması, ixtisas və qeyri-ixtisas fənləri üzrə əhəmiyyətli fərqlərin mövcudluğu, akkreditasiyasız ali təhsil müəssisələrində təhsil alınması, ekvivalenti olmayan ixtisaslar, “Açıköğretim” təhsilalma forması, eləcə də bakalavr kvalifikasiyası tanınmadığı üçün magistr diplomlarına verilən imtinalardır.