
Türkiyə təhlükəsizlik qüvvələri Yeni il hücumları planlaşdıran İŞİD yaraqlısını saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, yaraqlı İbrahim Burtakuçinin saxlanılması əməliyyatı cənub-şərqdəki Malatya şəhərində polis və əks-kəşfiyyat tərəfindən həyata keçirilib. Onun terror aktları hazırlamaq məqsədilə Türkiyədə və xaricdə İŞİD tərəfdarları ilə əlaqə saxladığı müəyyən edilib. Dəqiq yer göstərilməyib.
Dekabrın 25-də İstanbul polisi qarşıdan gələn bayram günlərində terror aktları planlaşdıran 115 İŞİD şübhəlisini həbs edib.
Məryəm Quliyeva