AZ

Keçmişlə bu günü birləşdirən tədbiri “Həmrəy olaq”

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Sumqayıt şəhərində yerləşən İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun adını daşıyan 25 nömrəli tam orta məktəbdə “Həmrəy olaq” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ayna Fleydanlı təhsil ocağının zəngin tarixi və formalaşmış ənənələri barədə məlumat verib.

Bildirib ki, bu kimi tədbirlər məktəbin dəyərlərinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Direktor vurğulayıb ki, tədbirdə məktəbin məzunları olan tanınmış ziyalılar, eləcə də vaxtilə bu məktəbdə dərs demiş pedaqoqların iştirakı ənənəyə çevrilib.

“Bu məktəbin böyük və şərəfli ənənələri var. Biz çalışırıq ki, bu ənənələri qoruyaq və gələcək nəsillərə ötürək, şagirdlərimizə milli-mənəvi dəyərləri aşılayaq. Bu tədbirdə bizi və şagirdlərimizi tək qoymadığınız üçün hər birinizə təşəkkür edirəm”, – deyə Ayna Fleydanlı qeyd edib.

Daha sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı, musiqili çıxışlar və səhnəciklər nümayiş etdirilib.

Tədbir həm məktəb kollektivində birlik və həmrəylik ruhunun gücləndirilməsi, həm də təhsil ocağının formalaşdırdığı dəyərlərə və ənənələrə hörmətin ifadəsi kimi yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
azertag.az

1Mənbələr