
Türkiyədə futbolda qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində “Qalatasaray”ın sabiq vitse-prezidenti Erden Timur saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Məlumata görə, ümumilikdə, 14-ü futbolçu olmaqla, 29 nəfər barəsində saxlanılma qərarı verilib.
Saxlanılanlar arasında “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız və Türkiyə Futbol Federasiyasının (TFF) Xarici Əlaqələr və Milli Komandalar direktoru Buğra Cem İmamoğluları da var.
Eyni zamanda, istintaq çərçivəsində 24 nəfərin saxlanıldığı, 1 nəfərin əvvəlcədən həbs olunduğu, 4 nəfərin isə saxlanılması istiqamətində əməliyyatın davam etdirildiyi bildirilir.
Rəsmi mənbələrin verdiyi məlumata görə, əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.