AZ

Deputat icra hakimiyyətlərinin tikintidə rolundan DANIŞDI

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Şəhərsalma sahəsində aparılan ciddi islahatlar ölkəmizin urban inkişafına strateji yanaşmanın nəticəsidir. Bu baxışın təzahürü olaraq 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi və Beynəlxalq Urban Forumunun ölkəmizdə keçirilməsi təsadüfi addımlar deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Müşfiq Cəfərov bildirib.

O qeyd edib ki, şəhərsalma prosesində vahid və koordinasiyalı yanaşma önəmlidir:

"Hələ də bəzi hallarda yerli icra hakimiyyətlərinin tikintiyə icazə prosesində rolu var. Bu isə səlahiyyətlərin parçalanmasına gətirib çıxarır. Şəhərsalmanın uğurla həyata keçirilməsi üçün ölkə başçısının müəyyən etdiyi vahid strategiya çərçivəsində hərəkət olunmalı, bütün icra orqanları bu strategiyaya uyğun fəaliyyət göstərməlidir. Bu, həm infrastrukturun, həm də urban mühitin planlı və davamlı inkişafını təmin edəcək".

Deputat eyni zamanda əlavə edib ki, şəhərsalma siyasətində şəffaflıq və rəqəmsal texnologiyalardan istifadə prosesin sürətləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılması üçün vacibdir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
bakivaxti.az

1Mənbələr