AZ

"Bu sahədə dövlət qurumlarının aktiv fəaliyyəti vacibdir" - Ceyhun Məmmədov

Təəssüflə qeyd etmək lazımdır ki, uşaqların rəqəmsal mühitə aludəliyi halları son illərdə xeyli artıb. Bu tendensiya təlim-tərbiyə prosesinə ciddi təsir göstərir və uşaqların sosial, emosional və intellektual inkişafına mənfi təsir edə bilər". SİA-nın verdiyi məlumata görə bu sözləri Milli Məclisin plenar iclası zamanı çıxışında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün dünya ölkələrinin qarşısında duran əsas vəzifələrdən biri məhz uşaqları sağlam rəqəmsal mühitlə təmin etmək və onların internet istifadəsini təhlükəsiz hala gətirməkdir: "Rəqəmsal mühitin uşaqlara təsirinin aradan qaldırılması ilə bağlı dünya praktikasında müxtəlif normalar mövcuddur və ölkəmizdə də bu sahədə müəyyən qanunvericilik təşəbbüsləri həyata keçirilib. Qanun qəbul etmək təkcə kifayət etmir. Bu sahədə həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının (QHT-lərin) aktiv fəaliyyəti vacibdir. Uşaqların rəqəmsal aludəçiliyinin qarşısının alınması üçün maarifləndirmə kampaniyaları, valideynlərin məlumatlandırılması və müvafiq tədris proqramlarının hazırlanması mühüm rol oynayır.

Deputat vurğulayıb ki, sözügedən məsələ ilə bağlı hüquqi tənzimləmə yolları ətrafında geniş müzakirələr aparılmalıdır. Bu həm qanunvericiliyin təkmilləşdirilməsinə, həm də uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafına şərait yaratmağa imkan verəcək.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
8
1
sia.az

2Mənbələr