AZ

Qaradağda avtobus toqquşmasında yaralananlardan son vəziyyət açıqlanıb

Dekabrın 25-də Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən 11 nəfərdən 5 nəfərin müalicəsi həkim nəzarətində davam etdirilir.

Məlumatı News365.az-a Kliniki Tibbi Mərkəz verib.

Bildirilir ki, yaralılardan 2 nəfərin vəziyyəti ağır, 3 nəfərinki isə stabildir. Digər 6 nəfərə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə dekabrın 25-i saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində baş verib. "Suzuki" markalı avtobus qarşıda hərəkət edən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub. Nəticədə "Mercedes"dəki 2 sərnişin hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb və istintaq hərəkətləri davam etdirilir.

News365.az

Seçilən
13
news365.az

1Mənbələr