AZ

Türkiyədə 14 futbolçu həbs olundu

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı araşdırmalar davam edir.Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarında keçirilən əməliyyat nəticəsində daha 29 nəfər saxlanılıb. Onlardan 14-nün futbolçu olduğu açıqlanıb. Saxlanılanlar arasında “Qalatasaray”ın İdarə Heyətinin sabiq üzvü Erden Timur da var. Onun bank hesabı incələnərkən şübhəli məqamlar ortaya çıxdığı üçün hüquqi prosedur başladılıb.

Prokurorluq 2024-cü ilin oktyabrında oynanılan “Kasımpaşaspor” – “Samsunspor” matçı ilə bağlı da araşdırmaya başlayıb. Bu qarşılaşmanın “danışılmış oyun” olduğuna dair ciddi şübhələr var.

Seçilən
29
1
metbuat.az

2Mənbələr