Bakı. Trend:
Noyabr ayının sonuna olan məlumata görə, Azərbaycanda rezidentmaliyyə qurumları tərəfindən buraxılmış “Visa” ödəniş kartları(həmçinin statistik vahid üzrə ödəniş kartları) ilə həyatakeçirilən əməliyyatların sayı 130,7 milyon, həcmi isə 7,2 milyardmanat təşkil edib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin analoji dövrü ilə müqayisədə maliyyə əməliyyatlarınınsayı 36,4 milyon və ya 38,6 faiz, məbləği isə 1,4 milyard manat vəya 24,1 faiz artıb.
Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindənburaxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 721,7min, məbləği isə 64 milyon manat olub.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilənbütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrəəməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmışkartlardan istifadə olunmaqla ölkə ərazisində aparılantranzaksiyalardır.