AZ

Rusiyalı general ürəktutmasından öldü

Rusiya Müdafiə nazirinin keçmiş müavini general-polkovnik Yuri Sadovenko vəfat edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə onun yaxınları TASS-a bildiriblər.

Agentliyin mənbəyi bildirib ki, “Yuri Sadovenko 25 dekabrda ürək xəstəliyindən vəfat edib”. O, 56 yaşında idi.

11 sentyabr 1969-cu ildə Ukraynada anadan olan Sadovenko Ryazan Ali Hava-Desant Komandanlıq Məktəbini bitirib. 1994-cü ildən 2002-ci ilə qədər Rusiya Fövqəladə Hallar Nazirliyində xidmət edib. 2002-ci ildən 2007-ci ilə qədər Fövqəladə Hallar naziri Sergey Şoyqunun köməkçisi, 2007-ci ildə isə nazirin Aparat rəhbəri olub. Sadovenko həm Rusiyada, həm də xaricdə Rusiya Fövqəladə Hallar Nazirliyi üçün çoxsaylı xilasetmə və humanitar əməliyyatlarda iştirak edib.

Sadovenko 2012-ci ilin may ayından noyabr ayına qədər Moskva vilayətinin qubernatoru administrasiyasının rəhbəri olub.

Seçilən
38
veteninfo.az

1Mənbələr