“Fənərbaxça”dan ayrılacağı demək olar ki, dəqiqləşən qapıçı İrfan Can Eğribayat Polşada oynya bilər.
Vətəninfo.az xəbər verir ki, daha əvvəl Polşanın “Krakoviya” klubunun gündəmində olan İrfan Can üçün indi daha iki Polşa təmsilçisi – “Legiya Varşava” və “Lex Poznan” da transfer yarışına qoşulub. Beləliklə, təcrübəli qapıçı Polşa klublarının diqqət mərkəzinə düşüb.
Məlumata görə, “Fənərbaxça”nın yaxın vaxtlarda İrfan Can üçün rəsmi transfer təklifləri alacağı gözlənilir. Qeyd edək ki, futbolçunun İstanbul klubu ilə mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.