AZ

Rafael karyerasını Türkiyədə davam etdirə bilər

“Qalatasaray” baş məşqçi Okan Burukun istəyi ilə orta sahə xəttini gücləndirməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, “sarı-qırmızılar”ın bu mövqedə əsas hədəfi hazırda “Brügge” forması geyinən Rafael Onyedika hesab olunur.

Məlumata görə, Belçika təmsilçisi nigeriyalı yarımmüdafiəçi üçün 25 milyon avro tələb edir. Transferlə bağlı danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi bildirilir.

Qeyd edək ki, Rafael Onyedika bir müddətdir Avropa klublarının diqqət mərkəzindədir.

Seçilən
48
fanat.az

1Mənbələr