Bakı. Trend:
Türkiyənin futbol sektorunda çalışanların qanunsuz mərcoyunlarında iştirakı ilə bağlı istintaq çərçivəsində 11 vilayətdəyeni əməliyyat keçirilib.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Əməliyyatın gedişində 14-ü futbolçu olmaqla 24 nəfər saxlanılıb.Saxlanılanların arasında “Qalatasaray” futbol klubunun keçmişrəhbərlərindən olan ( “Galatasaray Sportif AŞ” prezidentininmüavini) Erden Timur da yer alır.
Saxlanılanlardan altı nəfər Kasımpaşa-Samsunspor matçınınnəticəsinə təsir etməkdə şübhəli bilinirlər.
Bank hesablarının araşdırılması nəticəsində şübhəli maliyyəəməliyyatları və bununla əlaqəli mərc hesabı olduğu müəyyənedilib.
Faktla bağlı istintaq davam edir.