AZ

“Qalatasaray”ın keçmiş icraçı direktoru həbs olundu Futbol MƏRCLƏRİ

Lent az saytına istinadən ain.az xəbər verir.

Türkiyədə futbol mərcləri ilə bağlı aparılan istintaq çərçivəsində daha 29 nəfər haqqında həbs qərarı verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, şübhəlilərin 14-ü futbolçudur. Onlar arasında “Qalatasaray”ın keçmiş icraçı direktoru Erden Timur da var.

Qeyd olunur ki, Erden Timur da daxil olmaqla ümumilikdə 24 şübhəli saxlanılıb. Bir nəfərin başqa cinayət işi üzrə artıq həbsdə olduğu bildirilir. Qalan 4 nəfərin tutulması üçün isə axtarışlar aparılır.

İstintaq materiallarında altı şübhəlinin “Kasımpaşa” – “Samsunspor” oyununun nəticəsinə təsir göstərməyə cəhd etməkdə ittiham olunduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
lent.az

1Mənbələr