AZ

Tramp İŞİD hədəflərinə qarşı hücum həyata keçirildiyini açıqladı



ABŞ prezidenti Donald Tramp Nigeriyanın şimal-qərbində İŞİD terror təşkilatı ilə əlaqəli hədəflərə qarşı hücum həyata keçirildiyini açıqlayıb.
Tramp İŞİD-in "xüsusi olaraq xristianları hədəfə aldığını" bildirib və əlavə edib ki, əvvəllər bu barədə xəbərdarlıq etmişdi və xəbərdarlıqlara əməl edilməsə, "bədəlinin ağır olacağını" deyib.

Tramp hücumda terrorçuların öldürüldüyünü qeyd edərək, "xristianların öldürülməsi davam edərsə" daha çox belə hücumların baş verəcəyi barədə xəbərdarlıq edib.

Hücum "Nigeriya hakimiyyəti ilə koordinasiyalı şəkildə həyata keçirildiyi" kimi təsvir edilib.

ABŞ Müdafiə Naziri Pit Heqset də ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək bildirib ki, "Nigeriyada (və digər yerlərdə) günahsız xristianların öldürülməsinə son qoyulmalıdır".


ABŞ Afrika Komandanlığının (AFRICOM) sosial media platforma hesabında verilən açıqlamada Tramp və Heqsetin təlimatları ilə "Nigeriya hakimiyyəti ilə koordinasiyalı şəkildə Sokoto ştatında İŞİD terrorçularına qarşı hücumların həyata keçirildiyi" qeyd edilib.

31 oktyabrda ABŞ prezidenti Tramp "xristianlara qarşı qırğınlar" səbəbindən Nigeriyanı "Xüsusi Narahatlıq Dövləti" elan etdi və daha sonra ABŞ-ın Nigeriyaya yardımının kəsiləcəyi və hərbi əməliyyatların aparıla biləcəyi barədə xəbərdarlıq etdi.

Nigeriya prezidenti Bola Əhməd Tinubu ABŞ-ın Nigeriyanın "Xüsusi Narahatlıq Dövləti" siyahısına daxil edilməsinə reaksiya verərək, ölkəsinin dini zülmə dözmədiyini söylədi.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) da terrorçu qrupların yalnız xristianları hədəf aldığı iddiasının doğru olmadığını vurğuladı və bu qrupların bölgədəki müsəlmanlar və xristianlar da daxil olmaqla bütün dinlərdən olan günahsız mülki şəxsləri hədəf aldığını bildirdi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
12
aia.az

1Mənbələr