AZ

Qardaşını mərhum atasının evinə görə armaturla döyən şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Coşqun Məhərrəmovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İttihama görə, hadisə 30 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qaşqaçay kəndində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Coşqun Məhərrəmov mərhum atasına məxsus evin yataq otağında qardaşı, zərərçəkmiş Cəbrayıl Məhərrəmovla (ad, soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb isə elə mərhum atasına məxsus evə görə olub. Bu zaman o, əsəbiləşərək əlində olan armaturla qardaşının sol qabırğa və sol çiyin nahiyələrindən qəsdən vurub. Zərbələrin təsirindən Cəbrayıl yerə yıxılıb. Sonra Coşqun yerdə qardaşının bədəninin müxtəlif nahiyələrindən çoxlu sayda təpiklə vurub, əli ilə boğazdan tutub sıxaraq, onun sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirib. Hadisədən sonra Coşqun Məhərrəmov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 26 Dekabr 2025, 09:20   
Seçilən
11
pravda.az

1Mənbələr