AZ

Kilosu 4 manatdır - Ürəyin "dostu"dur

Əzgil həzm sistemi üçün çox faydalıdır. Xüsusilə tam yetişdikdən sonra mədəni yumşaldır, bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizlik problemini azaldır.

Milli.Az xəbər verir ki, immuniteti gücləndirir. Tərkibində C vitamini və antioksidantlar olduğuna görə orqanizmi iltihablardan və mövsümi xəstəliklərdən qorumağa kömək edir.

Əzgil ürək-damar sağlamlığını dəstəkləyir. Kalium və liflə zəngin olduğu üçün qan təzyiqinin normallaşmasına və xolesterinin azalmasına müsbət təsir göstərir.

Sidikqovucu təsiri var. Böyrəklərin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə artıq mayenin çıxarılmasına kömək edir.

Sinir sisteminə müsbət təsir göstərir. Yüngül sakitləşdirici xüsusiyyəti sayəsində stress və gərginliyin azalmasına yardım edir.

Əzgil adətən tam yumşaldıqdan sonra yeyilir. Bu halda həm dadı daha xoş olur, həm də faydaları daha yaxşı mənimsənilir.

İsmayıl
Milli.Az

Seçilən
70
1
milli.az

10Mənbələr