Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 26 dekabr, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan tərəfdaşlıqların diversifikasiyasına, texnoloji modernləşməyə və özünün müdafiə imkanlarının inkişafına üstünlük verir.
Bu barədə AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının aparıcısı Tamilla Məmmədovaya ABŞ-ın milli təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində eksperti İrina Tsukerman söyləyib.
Onun qiymətləndirməsinə görə, ABŞ-ın rolu tamamilə aradan qalxmasa da, bunun nisbi şəkildə azalması Azərbaycanı Türkiyə, İsrail və bir sıra Asiya dövlətləri ilə daha balanslaşdırılmış münasibətlər sisteminə yönəldir. Bu yanaşma Azərbaycanın bir güc mərkəzindən asılılıqdan yayınmasına və öz təhlükəsizlik sisteminin dayanıqlılığını artırmasına imkan verir.
Ekspertin fikrincə, diplomatik müstəvidə isə Bakı regional məsələlər üzrə danışıqlarda tonallıq və tempin seçilməsində daha böyük azadlıq əldə edir. Bu, dəyişən beynəlxalq vəziyyətə çevik reaksiya verməyə və sərt xarici bağlılıq olmadan öz gündəliyini irəli sürməyə imkan yaradır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.