AZ

Əlcəzair Fransa müstəmləkəçiliyini cinayət elan etdi...

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bu ölkə bir əsrdən çox Fransa müstəmləkəsi olub...

...Əlcəzair Parlamenti Fransa müstəmləkəçiliyini cinayət hesab edən qanunu yekdilliklə qəbul etdi, qanunverici orqanın mətbuat xidməti bildirib.

SİA xəbər verir ki, Əlcəzairdən verilən məlumatına görə, sənəddə Fransanın "Əlcəzairdəki müstəmləkə keçmişi və onun yaratdığı faciələrə görə hüquqi məsuliyyət daşıdığı" bildirilir.

Tarix və Yaddaş üzrə Milli Komissiyanın koordinatoru Məhəmməd Lahçen Zequidi Əlcəzairdə Fransa müstəmləkəçiliyinin cinayət hesab edilməsini tarixi bir an adlandırıb.

Millət Şurasının (parlamentin yuxarı palatası) spikeri Əzzuz Nasseri qərarla bağlı oxşar şərh verərək bildirib ki, qanunun qəbul edilməsi "ədaləti təsbit edir" və "Əlcəzair xalqının fədakarlıqlarını doğruldur", onlar suverenliyinə və ayrılmaz hüquqlarına qarşı hər hansı bir pozuntunu rədd edirlər.

Əlcəzairdən xəbər verilir ki, səsvermədən əvvəl Parlamentin spikeri Brahim Buqali bunun "həm ölkə daxilində, həm də xaricdə Əlcəzairin milli yaddaşının silinməyəcəyi və ya müzakirə olunmayacağına dair açıq bir siqnal" göndərəcəyini bildirib.

... France24 xəbər verir ki, qanunun qəbulundan sonra milli bayrağın rənglərində şarf taxan parlament üzvləri "Yaşasın Əlcəzair!" şüarları səsləndirib və qanun layihəsinin qəbul edilməsini alqışlayıblar.

Qeyd edək ki, Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər bir əsrdən çox müddətdə Fransa müstəmləkəsi olmuşdur. Ölkə 1954-cü ildən 1962-ci ilə qədər davam edən milli azadlıq müharibəsi nəticəsində Fransadan müstəqillik qazanmışdır.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
sia.az

2Mənbələr