AZ

Avropada panika: Ukraynadan təhlükə gəlir!

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Avropa İttifaqı Ukraynaya yardım siyasətində təhlükəli bir istiqamət seçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansının üzvü Armando Mema “X” hesabında paylaşımında bildirib.

Onun sözlərinə görə, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın strategiyası Ukraynada münaqişənin mümkün qədər uzun müddət davam etdirilməsini nəzərdə tutur və məqsəd Avropanın yenidən silahlanması üçün vaxt qazanmaqdır.

Siyasətçi qeyd edib ki, bu yanaşma səbəbindən Avropa İttifaqı ABŞ-ın təklif etdiyi sülh planını faktiki olaraq yenidən işləyib və Amerika təşəbbüsünə qarşı çıxır.

Armando Mema vurğulayıb ki, Avropa son dərəcə riskli bir yol tutur və tərəflər dialoqa qayıtmalı, qitədə yeni genişmiqyaslı müharibə təhlükəsinin qarşısı alınmalıdır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
globalinfo.az

1Mənbələr