AZ

“BYD” Azərbaycanda 300 elektrobus istehsal edib

Çinin BYD şirkətinin Azərbaycandakı zavodunda istehsal olunmuş 50 elektrobusdan (elektriklə işləyən avtobus – FED.az) ibarət ilk partiya uğurla təhvil verilib.

FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey məlumat verib.

Xatırladaq ki, Azərbaycanda BYD-nin elektrobus istehsalı Sumqayıt Sənaye parkında təşkil edilib.

Müəssisə ilin sonunadək 300 elektrobus istehsal etməyi planlaşdırır. Həmin elektrobuslar Bakı, Naxçıvan və Qarabağda istifadə olunacaq. Xatırladaq ki, sözügedən elektrik avtobuslarının qiyməti 500 min manata çatır.

Seçilən
31
fed.az

1Mənbələr