Bakı. Trend:
İsrail və Suriya tezliklə təhlükəsizlik müqaviləsi imzalayabilərlər.
Trend-inməlumatına görə, bu barədə "i24" televiziya kanalı mənbəyəistinadən xəbər verib.
"Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraya yaxın birSuriya mənbəyi kanala bildirib ki, Suriya və İsrailin təhlükəsizliksazişi danışıqlarında son həftələrdə əhəmiyyətli irəliləyişlər əldəedilib və sənəd tezliklə imzalana bilər", - deyə qeyd edilib.
Məlumata əsasən, tərəflər bu uğuru ABŞ prezidenti Donald Trampındəstəyinə borcludurlar. Razılaşma tezliklə Avropa ölkələrindənbirində keçiriləcək yüksək vəzifəli Suriya və İsrail rəsmiləriningörüşündə əldə edilə bilər.