AZ

Suriya Mərkəzi Bankı: Yeni valyuta yaxın üç ay ərzində tədavülə buraxılacaq

Qahirə, 26 dekabr, AZƏRTAC

Əvvəlki illərdə pis iqtisadi siyasət nəticəsində Suriya milli valyutası qiymətini itirib. Ən az üç ay ərzində yeni milli valyutanın tədavülə buraxılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu Suriyanın Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Sədr əlavə edib ki, pul əsginaslarının üzərində hər hansı şəxsiyyətin şəkli və tarixi rəmzlər olmayacaq.

Qeyd edək ki, Suriya Mərkəzi Bankının sədri bundan əvvəlki müsahibəsində yeni valyutanın 2026-cı ilin yanvarından tədavülə buraxılacağını bildirmişdi.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
78
1
azertag.az

2Mənbələr