AZ

Ukraynanın seçki keçirmək üçün vəsaiti yoxdur Podolyak

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Ukrayna öz prezident seçkilərini keçirmək üçün lazımi vəsaitə malik deyil".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak "Novyny Live" Telegram kanalına müsahibəsində deyib.

Onun fikrincə, maliyyə yükü digər mənbələrə yönəldilməlidir.

Məsləhətçi vurğulayıb ki, "Ukraynanın seçki kampaniyasını maliyyələşdirmək üçün maliyyə imkanları yoxdur. Büdcəmiz kəsirlidir və bu, bizim vəzifəmiz deyil".

Podolyak izah edib ki, silahlı münaqişə şəraitində Ukrayna dövləti fiziki olaraq seçkilərin təşkili və keçirilməsi ilə bağlı xərcləri ödəmək iqtidarında deyil.

Məsləhətçi həmçinin ukraynalıların xaricdə səs verməsi məsələsinə də toxunub. Bu, 6-8 milyon vətəndaşa aiddir və xüsusi işçi qrupu onların seçkilərdə iştirakı üçün mexanizm hazırlamalıdır.

Ali Radada xüsusi işçi qrupu seçki prosesinin təxmini dəyərini müəyyən etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
2
unikal.az

4Mənbələr