AZ

“Şəxs 15 20 ildən çox fəaliyyət göstərirsə və təhsil ailəsinin bir üzvüdürsə, təbii ki, təhsillə bağlı danışmağa haqqı var”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Özünü “təhsil eksperti” adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir. Bizimyol.info xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.Təhsil eksperti kimə deyilir və bu statusu necə qazanmaq olar?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına təhsil eksperti Elçin Əfəndi bildirib ki, təhsil mütəxəssisi, yaxud hər hansı bir şəxs biznesi idarə edə bilər.

Elçin Əfəndi

“Düşünürəm ki, Məleykə xanım fikrində haqlıdır. Bəzi şəxslər var ki, ümumiyyətlə təhsilin "t" hərfindən xəbərləri yoxdur. Sadəcə hər kəsin yaxasından yapışıb özünü "ekspert" elan edib cəmiyyətin canına daraşırlar. Məleykə xanım da məhz həmin şəxsləri nəzərə alaraq belə bir fikir bildirib. Kimsə özü üçün biznes qurur, müəyyən işləri idarə edir. Bu fikir, özünə hörmət edən təhsil mütəxəssisləri üçün qətiyyən qəbuledilən deyil.

Təhsil mütəxəssisi, yaxud hər hansı bir şəxs biznesi idarə edə bilər. Təhsildə uzun müddət, şəxs 15-20 ildən çox fəaliyyət göstərirsə, təhsil ailəsinin, təhsil camiəsinin bir üzvüdürsə, təbii ki, təhsillə bağlı danışmağa haqqı var. Eyni zamanda həmin şəxs biznesini təhsil istiqamətində qurub vətəndaşların bilik və bacarıqlarının formalaşmasına sözün həqiqi mənasında dəstək ola bilər. Bu tamamilə fərqli haldır. Amma bir də var ki, özünü ekspert elan edib insanları cəlb etmək üçün “mən hazırlıq keçirəm, dərs verirəm” kimi fikirlər səsləndirirlər. Məleykə xanım da yəqin ki, məhz bu şəxsləri nəzərdə tutur. Bizim Məleykə xanımla ciddi intriqa və ya fikir ayrılığımız yoxdur. Müəyyən tədbirlərdə iştirak edir, mövzuları müzakirə edirik. Ümumilikdə, mən Məleykə xanımın fikrinə hardasa haqq qazandırıram”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr