Şəki Dövlət Dram Teatrı istehlakyönlü müxtəlif xidmətlərin satınalması çərçivəsində səhnə və dekorasiya işləri üçün avadanlıq və materiallar alıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma üzrə məbləğ 12 925,6 AZN təşkil edib. Satınalma çərçivəsində teatr üçün balet linoleumu, fırlanan podium üçün dəmir profil və reyka, müxtəlif diktlər, kulis paduqa, komikin və suflyorun kostyumu, həmçinin manikenlərdəki kostyumlar və rekvizitlər, yağlı boya, emulsiya, quaşlar və sənaye ventilyatorları təmin olunub.
Araşdırmamız zamanı məlum olub ki, satınalmanı həyata keçirən fiziki şəxs Səxavət Fazil oğlu Məmmədov 2023-cü ildə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi olub. Lakin Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə 1 il sonra həmin vəzifədən azad edilərək, idarəyə Vasif Qurbanzadə təyin olunub.
Qeyd edək ki, Şəki Dövlət Dram Teatrının direktoru hal-hazırda Namiq Qaffarovdur.