Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada ən populyar siyasətçi olaraq qalır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə INSA institutunun Bild qəzeti üçün apardığı sorğunun nəticələrində əksini tapıb.
Məlumata görə, Almaniya kansleri Fridrix Merts 20 ən populyar siyasətçi arasında 19-cu yerə geriləyib.
Sorğuda Pistorius 51,2% dəstəklə birinci pillədə qərarlaşıb.
Daha əvvəl “Berliner Zeitung” nəşri Mertsin reytinqinin bir sıra xarici siyasət uğursuzluqları fonunda azaldığını yazmışdı.