"Barselona" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Kataloniya klubu "Union Berlin"də çıxış edən Dioqo Leyte ilə yaxından maraqlanır.
Bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Portuqaliyalı futbolçunun Almaniya təmsilçisi ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "Barselona" 26 yaşlı müdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Union Berlin" Dioqo Leyteni 2022-ci ilin yayında "Portu"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Ali Koç şikayət etdi: Rəhbər şəxslərə FETÖ əməliyyatı
"Atletiko Madrid"in futbolçusu "Osasuna"ya keçib
Sadettin Saran azadlığa buraxılıb
PSJ "Real"ın müdafiəçisi ilə maraqlanır
Kurtuaya Səudiyyə Ərəbistanından 90 milyon avroluq təklif