AZ

Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin futbolçusu Oskar Bobb komandadan ayrıla bilər.

QOL.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, "şəhərlilər" "Bornmut"un vingeri Antuan Semenyonu transfer etməyi planlaşdırır. Bu fonda da norveçli hücumçunun klubdan ayrılmağa hazırlaşdığı bildirilir. 

Məlumata görə, son həftələrdə bir neçə klub Bobla əlaqə saxlayıb. Onlardan biri də Dortmund "Borussiya"sıdır.

Qeyd edək ki, O.Bobb cari mövsümdə bütün turnirlərdə 15 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Seçilən
49
teleqraf.com

1Mənbələr