AZ

Tehranda Yeni il ab havası: İşıqlar, musiqi və Santa Klaus VİDEO

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İlin son və qışın ilk günləri ilə birlikdə Tehran da daxil olmaqla İranın bir sıra şəhərlərində Yeni il ab-havası hiss olunmağa başlayıb. Paytaxtın müxtəlif küçə və ticarət mərkəzlərində mağaza vitrinləri Milad rəmzləri ilə bəzədilib, "Şaxta baba" fiqurları, işıqlı bəzəklər və küknar ağacları satışa çıxarılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bəzi ərazilərdə küçə işıqlandırmaları, canlı musiqi və hərəkətlilik şəhər mühitinə bayram ovqatı qatır. Bu mənzərə Miladın yalnız dini bayram kimi deyil, eyni zamanda mədəni bir hadisə kimi İran cəmiyyətində getdikcə möhkəmləməyə başladığını göstərir.

Müşahidələrə görə, dini və mədəni fərqlərdən asılı olmayaraq, Milad simvolları və Yeni il ab-havası Tehran sakinlərinin gündəlik həyatında özünə daha geniş yer tapır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
2
moderator.az

3Mənbələr