AZ

Yaponiya sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib

Yaponiyada, Hokkaydo adası sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 239 min nəfərin yaşadığı Hatinohе şəhərindən (Aomori şimal prefekturası) 111 km şimal-şərqdə, 62 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Seçilən
49
7
moderator.az

10Mənbələr